Interposta.Info

“Topaz”da işləyən oğlanı öldürdülər –

Ölkə
 2-10-2017, 17:36     10 451

Sumqayıtda törədilmiş qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının bu il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsinin əziyi xəsarətləri ilə Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçirib.

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəhbərliyinin xüsusi nəzarəti altında olan əməliyyat nəticəsində Amal Nadirlini Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərovun döyməsi nəticədə Amal Nadirlinin öldüyü müəyyən edilib.

Dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı məlum olub ki, qeyd olunan cinayətdə şübhəli bilinən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən Amal Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə qrup halında birləşiblər.

Hazırlanan plana əsasən, dəstə üzvü Kamran Qurbanov Əkbər İsgəndərovun mobil telefonu vasitəsilə Amal Nadirlinin obyektdən çıxaraq taksiyə minib getməsini dəstənin digər üzvlərinə xəbər verib.

Dəstənin digər 4 üzvü Çingiz Babayevin avtomobilində onu təqib etməyə başlayıblar. Sumqayıt şəhərinə çatanda isə Amal Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək A.Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra F.Bağırov və M.Eyvazov A.Nadirliyə hücum edərək onu döyüb 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar.

Qeyd edilən hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

interposta.info
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –
“Topaz”da işləyən oğlanı öldürdülər –

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26