Interposta.Info

Deputatdan həyəcan siqnalı:

Ölkə
 2-10-2017, 14:06     10 478

“Prezident seçkilərinə bir il qaldığı müddətdə Azərbaycana qarşı təzyiqlər artmaqdadır. Bu təzyiqülərə ən mükəmməl cavab islahatların genişləndirilməsi, islahat xarakterli qanunvericiliyin qəbul edilməsidir”.

Deputat Əli Məslimli parlamentdəki çıxışında belə deyib. Diqqəti bank sahəsindəki problemlərə çəkən deputat bildirdi ki, Azərbaycanda hər dörd nəfərdən biri banklara borcludur, problemli kreditlər də iki dəfədən çox artıb, təhlükəli həddə çatıb: “Dünyanın heç yerində borcu olanı həbs etmirlər. Artıq qaytarılması mümkün olmayan borclarla bağlı məsələnin uzadılmasının mənası yoxdur”.

Ə.Məsimli deyib ki, deputat həmkarı Vahid Əhmədovla birgə təqdim etdiyi təkliflərdə mövcud vəziyyətlə bağlı bir sıra məsələlər əksini tapıb.
Deputat Vahid Əhmədov da bank sistemindəki durumdan bəhs etdi. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda biz heab edirdik ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Amma çox təəssüflətr, biz bunun əksinin şahidi olduq. Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir. Ona görə də təklif edirəm ki, bank sistemi rəhbərliyi ilə Milli Məclisdə görüş keçirilsin. Cənab sədr, mən xahiş edirəm, keçən sessiyada da bu barədə təkliflər vermişdim, birgə müzakirələrə və çıxış yolunun axtarılmasına ehtiyac var. Bu gün bank sistemində faizlər 28-30 faizdən aşağı düşmür”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26