Interposta.Info

MM bu gün Xəqani Abdullayevi vəzifədən azad edir

Ölkə
 2-10-2017, 13:54     10 017

Milli Məclisinin bu gün keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlərin siyahısı açıqlanıb.

interposta.info Milli Məclisin saytına istinadən xəbər verir ki, iclasda 34 məsələ müzakirə olunacaq.

Müzakirə ediləcək məsələlər içərisində Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclis qərarının layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi, Prezident İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin və imzalanan digər sənədlərin təsdiq edilməsi, “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə qanununun layihəsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və s. hökumətlərarası müqavilələrin, o cümlədən qanunvericilikdəki dəyişikliklərin təsdiqi nəzərdə tutulur.

Qeyd edək ki, Xəqani Abdullayev 12 sentyabrda vəzifədən azad edilib və bu gün MM onun vəzifədən azad edilməsini təsdiqləyəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26