Interposta.Info

Şeyx oğlu ilə məsciddə...

Ölkə
 1-10-2017, 20:38     10 439

Bu gün “Təzəpir” məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyası keçirilir.

"XeberBiz" APA-ya istinadən xəbər verir ki, saat 11:40-da QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QMİ sədrinin oğlu Məhəmməd Paşazadə, nəvəsi Allahşükür Paşazadə, dini icma rəhbərləri qan veriblər.

Qeyd edək ki, bir müddət əvvəl şeyxin oğlunun Azərbaycanı tərk etdiyi və Türkiyədə yaşayacağı barədə xəbərlər yayılmışdı.

interposta.info
Şeyx oğlu ilə məsciddə...
Şeyx oğlu ilə məsciddə...
Şeyx oğlu ilə məsciddə...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26