Interposta.Info

DİN-ə yeni səlahiyyət verildi - Qərar

Ölkə
 23-09-2017, 12:07     10 417

Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Report-un xəbərinə görə, qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə görə, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26