Interposta.Info

Hafiz Hacıyevin qızı avtoşluğa görə saxlanılıb?

Ölkə
 23-09-2017, 11:56     10 503

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobilin cərimə meydançasına aparılması barədə məlumat yayılıb.

"XeberBiz" yenicag.az istinadla xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli “Hyundai İX-35” markalı avtomobillə restoranlardan birindən çıxıb. O, “Azneft” dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən “Toyota Avalon” və “Niva” markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Fatimə Hacıyevaya cəzasını məhkəmə müəyyənləşdirəcək.

Qızının avtoxuliqanlığına dair xəbəri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev özünə qarşı təxribat kimi qiymətləndirib.

Bu barədə Yenicag.az-a danışan Hafiz Hacıyev bildirib ki, qızı ilə bağlı “avtoş”luq xəbərinin dövriyyəyə buraxılması bəzi məmurların onu susdurmaq niyyətindən irəli gəlir.

Partiya sədri deyib ki, “avtoş”luq etdiyi iddia olunan qızı hazırda Bakıda deyil və onun maşını yoxdur:

“Belə xəbərlərə əhəmiyyət verməyin, boş-boş söhbətlərdir. Mənim qızım hazırda Xanlardadır (Göygöl rayonu – red.), onun maşını yoxdur. Bu məlumatın yayılması mənim tənqidlərimdən narahat olan məmurların işidir, onlar bu yolla məni susdurmaq istəyirlər. Ancaq məqsədlərinə çatmayacaqlar. Bizim nəinki maşınımız, heç eşşək arabamız da yoxdur. O xəbərləri yayanlar heç olmasa bu məsələni dəqiqləşdirəydilər, ancaq ağılları ora qədər çatmayıb”.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26