Interposta.Info

Kafedə reyd: Azərbaycanlı avtoritetlər tutuldu

Ölkə
 22-09-2017, 13:38     9 571

Ukrayna Milli Polisinin əməkdaşları Kirovoqrad vilayətində kriminal avtoritetlərin toplaşdığı "Şaşlıçnıy" kafe-restoranında reyd keçiriblər.

Report-un məlumatına görə, əməliyyat zamanı Mərkəzi Ukraynanın, xüsusilə Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb.

Görüşün məqsədi həmin şəxslər arasında təsir dairələrinin bölüşdürülmə məsələsinin həlli olub. Saxlanılanların üzərindən bir neçə ədəd odlu silah, o cümlədən, iki avtomat, qumbara götürülüb.

Saxlanılanlar arasında Azərbaycan əsilli Nəcəb Əhmədov, Əkbər Zeynalov, Şükür Hümmətov və başqaları var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26