Interposta.Info

Azərbaycanda şok - Arvadını və qızını döydü, qumbarayla hədələdi

Ölkə
 21-09-2017, 14:20     9 394

Cəlilabad sakinindən qumbara götürülüb.

Daxili İşlər Nazirliyindən BakuPost.az-a verilən məlumata görə, sentyabrın 20-də Cəlilabad rayonunun Göytəpə şəhər sakini olan bir qadın PB-yə müraciət edərək həmin gün əri Fərhad Cəfərov tərəfindən onun və qızının döyülməsini, habelə qumbara ilə hədələnməsini bildirib.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən F.Cəfərovun evinə baxış zamanı oradan 1 ədəd "T-N-1” markalı qumbara aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26