Interposta.Info

Müxalifətdə hansı bölgə üstündür?

Ölkə
 19-09-2017, 09:51     9 710

Partiya sədrlərinin siyahısı maraqlı mənzərə ortaya çıxardı

Azərbaycanda 1993-cü ildən indiyə qədər mövcud olan YAP iqtidarında əsasən iki bölgənin (Naxçıvan və Qərbi Azərbaycan) təmsilçilərinin üstünlük təşkil etdiyi bəllidir. Müxalifətin bir sıra liderləri hakimiyyətə qarşı çıxışlarında zaman-zaman bu faktoru da qabardıblar və bunu “yerliçilik” adlandırıblar. Bəs müxalifət düşərgəsinin özünün sıralarında bu sarıdan durum necədir? Müxalifət partiyalarının liderləri sırasında daha çox hansı bölgəyə mənsublar çoxluq təşkil edir?

Cəmiyyət tərəfindən tanınan partiyaların liderlərinin tərcümeyi-halını araşdırdıq.

KXCP sədri Mirmahmud Mirəlioğlu 1956-cı ilin sentyabr ayının 1-də Yardımlı rayonunun Telavar kəndində anadan olub.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 1957-ci il oktyabrın 28-də Sabirabad rayonunun Qaraqaşlı kəndində dünyaya gəlib.

Müsavat Partiyasının başqanı Arif Hacılı 1962-ci il yanvarın 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub.

ADP sədri Sərdar Cəlaloğlu isə 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri kəndində doğulub.

Ümid Partiyasının sədri İqbal Ağazadə 1968-ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olub.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

VHP sədri Sabir Rüstəmxanlı isə 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində dünyaya gəlib.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə əslən Göyçə mahalından olsa da Bakı şəhərində doğulub.

VİP sədri Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində dünyaya gəlib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc 1959-cu ildə Qazax rayonu Kəmərli kəndində anadan olub.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Qərbi Azərbaycanda anadan olub.

AĞ Partiyanın sədri Tural Abbaslı 1982-ci ildə Bakı şəhərində anadan olub.

ALDP sədri Fuad Əliyev 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub.

Partiya sədrlərinin bu siyahısına diqqət etdikdə hansısa bir bölgənin xüsusi üstünlüyə malik olmadığı, Bakı şəhərindən olanların sayının nisbətən çoxluq təşkil etdiyi görünür. Lakin bu, heç də o anlama gəlməməlidir ki, Bakı şəhəri müxalifətdədir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26