Interposta.Info

Azərbaycanda itə qarşı inanılmaz vəhşilik - VİDEO

Ölkə
 18-09-2017, 12:45     10 555

Azərbaycanda itə qarşı daha bir vəhşiliyin videosu yayılıb.

Missiya.Az xəbər verir ki, görütülərdə çənəsi sınan itin qan içində can verdiyi öz əksini tapıb. Sosial şəbəkə istifadəçiləri itin kimlər tərəfindən bu vəziyyətə salınması ilə bağlı müzakirələr aparıblar.

Bəziləri itin maşınla, bəziləri isə güllə ilə vurulduğunu iddia ediblər. Ən qəribəsi isə it can verdiyi halda ona ətrafdakı insanlar tərəfindən kömək edilmir. Əksinə, vətəndaş itin ürəkdağlayan görüntülərini videoya çəkir. Gülərək itin vəziyyəti ilə bağlı bir neçə ifadə işlədir. Sosial şəbəkə istifadəçiləri bu hərəkəti edənlərin insanlıqdan uzaq olduğunu qeyd ediblər.

Görüntülərin hansı rayonda çəkildiyi məlum deyil.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26