Interposta.Info

Şamaxıda sürüşmə aktivləşdi - Əhali təşviş içində/ VİDEO

Ölkə
 11-09-2017, 21:08     10 573

Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb.

"ARB TV”dən verilən məlumata görə, avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib.

Hazırda magistralın 106-111-ci km-nin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi hökm sürür. Şamaxı - Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib.

Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi torpaq uçqununun qurbanı olduğundan ərazidə avtomobillərin hərəkəti də çətinləşib.

Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Sakinlər iddia edir ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb.

Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik- Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26