Interposta.Info

Fillə selfi çəkdirmək istəyi sonu oldu -

Ölkə
 5-09-2017, 14:45     8 666

Hindistanda fil zooparkda ona tamaşa edən insanı öldürüb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, zooparka gələn şəxs fillə selfi çəkdirmək istəyib.

Ona həddindən artıq yaxınlaşan şəxs nəhəng heyvanın qəzəbinə gəlib. Fil onu qovmağa başlayıb və ayaqlarının altına salıb. Ətrafdakılar heyvanı qovmaq istəsə də bu, mümkün olmayıb.

Filin ayaqladığı şəxs xəstəxanaya çatdırılması üçün təcili tibbi yardım maşınına yerləşdirilib, lakin yolda ölüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26