Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi -

İsayev Elcan Sabir oğlu ADAU-nun builki tədris ilinin ən gəc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.
Lent.az-ın məlumatına görə, ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.
Qeyd edək ki, “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.
Əlavə olaraq onu da qeyd edək ki, 2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26