Ağcaqanadı öldürdüyü üçün “tvitter” hesabı qapadıldı- MARAQLI

Yaponiyada bir “tvitter” istifadəçisi onu narahat edən ağcaqanadı öldürüb fotosunu sosial şəbəkəsində yaydığı üçün hesabı qapadılıb.
Yapon istifadəçi paylaşdığı fotonun üzərində bu qeydi edib:”Televizora baxıb dincəldiyim yerdə məni niyə dişləyirsən?!İndi öl!”.
Moderator.az xəbər verir ki, bu paylaşımından az sonra istifadəçinin hesabı bloklanıb. Ona bununla bağlı bildiriş də gəlib: “Tvitterdən istifadə etdiyiniz üçün təşəkür edirik. Hesabınız ölümlə bağlı təhdid mesajlarına görə qapadılıb. “Tvitter”in qanunlarına əsasən, burada təhdidləyici, hədələyici mesajlar qadağandır”.
Qeyd edək ki, həmin hesab müvəqqəti yox, birdəfəlik qapadılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26