Interposta.Info

Tramp sarışın qızları səhv saldı: Məzəli anlar –

Ölkə
 29-08-2017, 17:51     10 441

ABŞ Prezidenti Donald Tramp Helsinkidə finlandiyalı həmkarı Sauli Niiniste ilə birgə keçiridyi mətbuat konfransında iki sarışın müxbiri səhv salıb.

Teleqraf.com xəbər verir ki, D.Tramp fin prezidentin söz vermək istədiyi xanım jurnalistin əvvəl sual verən müxbir olduğunu düşünüb. “Yenə? Siz ona yenə söz verirsiniz?” deyə Tramp həmkarına bildirib.

“Yox, bu, başqa qızdır”, - Niiniste bildirib.

“Bizdə – Finlandiyada çoxlu sarışın var”, - bunu isə müxbir qız bildirib.

CNN telekanalı bildidir ki, bu söz zalda gülüşə səbəb olub.

Mətbuat konfransında iştirak edən PSB NewsHour teleproqramının aparıcısı Tvitter hesabında Trampın səhv saldığı digər xanımla fotosunu paylaşaraq bir-birlərinə bənzəmədiklərini qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26