Interposta.Info

Testin ləğvi ilə bağlı DİM-dən -

Ölkə
 24-08-2017, 16:17     9 048

“İndidən test imtahanın ləğv olunacağı yazmaq düzgün deyil. Çünki mütəxəssislər tərəfindən müzakirələr aparıldıqdan sonra yeni model ictimaiyyətə təqdim olunacaq”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdürü Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, DİM sədri müsahibəsində qeyd edib ki, iki ildən sonra kurikulum sistemində təhsil alan şagirdlərin buraxılış və qəbul imtahanlarının hansı model əsasında keçirilməsi müzakirə olunur: “Təhsil Nazirliyi ilə birgə bu imtahanın modeli üzərində İşçi Qrup çalışır. Həmin o qrup işini yekunlaşdırdıqdan sonra yeni model haqqında ictimaiyyətə məlumat veriləcək.

İki ildən sonra qaydalarda müəyyən dəyişikliklər olacaq. Yenə də buraxılış, həmçinin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Ancaq imtahanın modelinin hansı formada olması ilə bağlı müzakirələr bitəndən sonra ictimaiyyətə açıqlama verəcəyik. İndidən hər hansı fikri söyləmək düzgün deyil. Üzümüzə gələn il imtahan əvvəlki qaydada olacaq. Amma bütövlükdə test imtahanın ləğv ediləcəyini indidən demək doğru deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26