Interposta.Info

Bir həftə əvvəl işdən çıxmış Tovuz sakini intihar etdi

Ölkə
 24-08-2017, 16:13     9 194

Tovuz rayonunun Düzqırıxlı kəndində intihar hadisəsi baş verib. Kənd sakini 35 yaşlı Eminov Murad Həsrət oğlu yaşadığı evin həyətindəki çardaqda özünü asaraq intihar edib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, üç uşaq atası olan M.Eminov Bakı şəhərində yaşayıb və “Azfen” şirkətində fəhlə işləyib. Hadisədən bir həftə əvvəl işindən ayrılıb.

Kənd sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, dərs ilinin başlanması ilə əlaqədar M.Eminovun ailə üzvləri uşaqlara pal-paltar almağa gediblər. Məktəb bazarlığından qayıdarkən isə onun intihar etdiyini görüblər.

İntiharın səbəbi məlum deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26