Interposta.Info

Bakı sakini bir yumruqla həmyerlisini öldürdü

Ölkə
 22-08-2017, 14:05     10 420

Bakıda qətl törədən şəxs tutulub.

DİN-dən Axar.az-a verilən məlumata görə, avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R. Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M. Zəkiyevin R. Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M. Zəkiyev tutulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26