Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
APA-nın məlumatına görə, hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.
interposta.info![]()
![]()
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

