Interposta.Info

İmişlidə insanlığa sığmayan hərəkət: inəyə belə zülm verdilər

Ölkə
 10-08-2017, 12:22     10 401

Azərbaycanda heyvanla qeyri-insanı rəftar qeydə alınıb.

interposta.info
xəbər verir ki, İmişli rayonunda bir qrup şəxs inəyin buynuzunu ekskavatora bağlayaraq ona zülm veriblər. İnəyi su kanalına salıb çıxaran bu “canilər” etdikləri əməldən utanmayaraq baş verənləri lentə alıblar.

Ekskavatorun sürücüsü bu vəhşi əməlini 10-15 dəqiqə ərzində təkrarlayıb. Nəhayət heyvanın əzab çəkməsindən aldıqları zövq bitdikdə onu azadlığa buraxıblar.

interposta.info həmin görüntüləri təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26