Interposta.Info

Sabiq deputat Dünyamin Xəlilov bəraət üçün məhkəməyə müraciət etdi

Ölkə
 9-08-2017, 15:27     8 950

Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilov aldığı cəzadan narazıdır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilən Dünyamin Xəlilov apellyasiya şikayəti verib.

Vəkil Elvin Səlimov bildirib ki, apellyasiya şikayətində D.Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Qeyd edək ki, Dünyamin Xəlilov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1-ci (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2-ci (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ələ alma) 32.4, 309.2-ci (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal hələ 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26