Interposta.Info

Saçına rəng qoyan xanımın

Ölkə
 5-08-2017, 07:24     10 453

İngiltərənin Albans şəhərində yaşayan 29 yaşlı Kirsti Vestonun başına qəribə hadisə gəlib.

Teleqraf.com xəbər verir ki, xanım Veston saçını qəhvəyiyə boyamaq fikrinə düşüb. Xanım öncə saçlarını açmaq üçün 12 avroya aldığı məhlulldan yararlanıb.

O deyib ki, məhluldan üzərində yazılan təlimat əsasında istifadə edib. Veston məhlulu saçına vurduqdan 15 dəqiqə sonra dərisinin yandığını hiss etməyə başlayıb. Sanki saçlarından yanıq qoxusu gəlirmiş. Huşunu itirdiyini hiss edən Veston dərhal təcili tibbi yardım çağırıb. Ertəsi gün xanım şişməyə başlayıb. Bu zaman allergiya ehtimalını nəzərə alan xanım antibiotik itifadə edib.

Xəstəxanada həkimlər Vestonun durumunun ağır olduğunu görərək onu düz 5 dəfə əməliyyat edib. Hətta ayaq nahiyəsindən götürülən dərisini baş nahiyəsinə tikiblər. Vestin saçlarının yarısını itirdiyini, başından yenidən saç çıxmayacağını deyib.

Qeyd edək ki, əslində alınan məhluldan içində olmayan daha bir məhlulu ona qarışdırmaqla istifadə etmək lazım imiş.

interposta.info
Saçına rəng qoyan xanımın

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26