Interposta.Info

Cavid Qurbanov şəhid anasının problemini nəzarətə götürdü -

Ölkə
 4-08-2017, 19:08     10 460

"Nəvəsinin müalicəsi üçün dilənən kəlbəcərli şəhid anası İlyasova Sultan Bəylər qızı sosial vəziyyətinin pis olması ilə bağlı Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin sədri, Kəlbəcərin millət vəkili Cavid Qurbanova heç vaxt müraciət etməyib”

interposta.info xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
O, deyib ki, Cavid Qurbanov deputatlıq fəaliyyəti dövründə hər zaman seçicilərin etimad, rəğbətini qazanıb və onların problemlərini daim diqqətdə saxlayır:

"Bildiyiniz kimi Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 mindən artıqdır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb. Cavid müəllim və onun köməkçiləri hər zaman kəlbəcərlilərlə görüşür. Onların müraciətlərini dinləyir və səslərinin müvaffiq strukturlara çatdırılmasında yaxından iştirak edirlər. Həmçinin sosial vəziyyəti pis olan aiələrə də yaxından köməklik göstərilir”.

Şəhid anasının dilənməsinə gəlincə, S.Qədirova vurğulayıb ki, Sultan İlyasova heç zaman C.Qurbanovla görüşməyib və görüşmək istəməsilə bağlı heç vaxt müraciət etməyib:

"Təbii ki, Cavid müəllim hər bir seçicinin müraciətinə diqqətlə və həssaslıqla yanaşır. S.İlyasova da müraciət etsəydi Cavid müəllim ona dəstək verə və yaxından köməklik göstərərdi. Cavid müəllim təkdir, seçicilər isə çox. Həmçinin kəlbəcərlilər Azərbaycanının müxtəlif rayonlarında məskunlaşıb. Cavid müəllimin imkanı yoxdur ki, hər bir kəlbəcərlini yaxından tanısın. Təbii ki, bu mümkün deyil.
Hansısa seçicinin problemi varsa, yaxud nəsə lazımdırsa, bunun üçün deputata müraciət edirlər. Amma təəssüflər olsun ki, S.İlyasova heç zaman Cavid müəllimə müraciət etməyib. Bunun üçün deputatın qəbul siyahısına da baxılıb və belə bir müraciət qeydə alınmayıb”.
S.Qədirova vurğulayıb ki, Cavid Qurbanov şəhid anasının problemini yaxından izləyəcək və lazimi köməkliklərin göstərilməsi üçün müvafiq qurumlara müraciət edəcək.

Qeyd edək ki, hər həftə millət vəkili Cavid Qurbanovun səlahiyyətli nümayəndəsi kəlbəcərli seçicilərlə görüşür, onların qayğı və problemlərinin həllinə yardımçı olur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26