Interposta.Info

Bakıda qeyri-adi olay:

Ölkə
 3-08-2017, 17:31     10 444

Bakıda ilk dəfə qeyri-adi eksperiment keçirilib.

Teleqraf.com xəbər verir ki, eksperimentin görüntüləri "Alles Pro” Yutub kanalında yerləşdirilib.

Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılan oğlan əlində "ehtiyacın varsa götür, yoxdursa gətir” yazılmış kağız lövhə tutaraq Bakının mərkəzində dayanıb.

Oğlanın yanından keçənlər əvvəlcə olayı maraqla izləyiblər. Daha sonra isə bəziləri pul verib, bəziləri isə puldan götürüb.

Test nəticəsində oğlanın üzərindən pul götürənlərin sayı daha çox olub. Onlardan bəziləri rayona getməyə pulu çatmadığına, su almaq istədiyinə, bəziləri isə dərman almaq üçün pulu kifayət etmədiyinə görə götürdüklərini deyib.

interposta.info maraqla qarşılanan sosial testin videosunu təqdim edirik.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26