Interposta.Info

Kərəm Həsənov 43 milyon borclu qalıb

Ölkə
 1-08-2017, 17:46     10 577

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar proqnozunu icra edə bilməyib.

Bu barədə Hesablama Palatasının "2017-ci ilin altı ayı üzrə əsas makroiqtisadi göstəricilərin və büdcə parametrlərinin” təhlilində bildirilir.

Təhlildə qeyd edilir ki, 2017-ci ilin dövlət büdcəsində dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 200 milyon manat məbləğində müəyyən edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş məlumatlara əsasən, 2017-ci ilin 6 ayı üçün özəlləşdirmədən daxilolmalar 95 milyon 380 min manat (illik tapşırığın 47,7%-i) məbləğində nəzərdə tutulub.

2017-ci ilin 6 ayında dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 52 milyon 324,4 min manat (illik proqnozun 26,2%-i) təşkil etmişdir, 6 ay üçün müəyyən olunmuş tapşırıq 43 milyon 55,6 min manat və ya 1,8 dəfə az icra olunub. Bu mənbə üzrə proqnoz göstəricinin ilin sonuna icrasının 55,0-60,0% səviyyəsində olması riski var. 2016-cı ilin 6 ayı üzrə müvafiq göstərici ilə (3 milyon 813,2 min manat) müqayisədə özəlləşdirmədən daxilolmalar 48 milyon 511,2 min manat və ya 13,7 dəfə çox olub. (azadliq.info)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26