Interposta.Info

“Kənddə özüm hazırlaşıb, 662 bal yığmışam” -

Ölkə
 1-08-2017, 15:31     10 600

Sosial şəbəkələrdə Zərdab rayonundan olan abituriyentin repetitor yanına getmədən yüksək bal topladığı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçdiyi, lakin imkansızlıq ucbatından Bakıya gəlib, təhsil ala bilmədiyi barədə məlumatlar yayılıb. Bildirilir ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığından, o, universitetdə oxumaqdan imtina edib.

interposta.info
xəbər verir ki, BakuPost.az-ın əməkdaşı sözügedən abituriyentin kimliyini araşdırıb. Məlum olub ki, təhsildən məcburən imtina etdiyi bildirilən abituriyent rayonun İmadəddin Nəsimi adına Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Şirinova Aytən Şirin qızıdır. O, imtahanlardan 662 bal toplayıb.

interposta.info bildirir ki, Aytən Şirinova BakuPost.az-a açıqlamasında bildirib ki, imkansızlıq ucbatından oxumaqdan imtina etməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Zərdab rayonunun Lələağacı kəndindənəm. Ali məktəblərə qəbul imtahanına özüm evdə hazırlaşmışam. Heç bir müəllim hazırlaşdırmayıb.

3-cü qrupa imtahan vermişdim. İxtisas olaraq Hüquq fakültəsini seçəcəyəm. Keçid balım da düşür.

Düzdür, o qədər imkanlı ailə deyilik. Amma kiminsə köməyin ehtiyacımız yoxdur. Gələcəyəm, oxuyacağam”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26