Interposta.Info

Meşədə işgəncə və videoşantaj:

Ölkə
 29-07-2017, 07:26     10 614

Moldovada azərbaycanlı biznesmenləri oğurlayıb meşədə işgəncə verən, onların işgəncə görüntülərini çəkib şantaj edərək iri məbləğlərdə pullarını, əmlaklarını ələ keçirən banda üzvlərinin həbsi əməliyyatından videogörüntülər yayılıb.

Virtualaz.org xəbər verir ki, əməliyyat Beltsa rayonunda keçirilib. Xüsusi təyinatlı polislər müəyyən olunmuş ünvana qəfil basqın edərək 5 Azərbaycan vətəndaşını həbs edib. Onların yaşları 25-50 arasındadır, adları açıqlanmır.

Azərbaycanlı biznesmenləri oğurlayan şəxslər onları təhdid və şantaj edib, məcbur edib ki, əmlaklarını başqalarının adlarına keçirsinlər və iri məbləğlərdə pul versinlər.

Məsələn, Drokiyevsk rayonundan olan biznesmeni qruplaşma üzvləri meşəyə aparıb və ağaca bağlayaraq işgəncə verib. Onlar həmin biznesmendən 17.5 min avro alıblar. Pulu verməyəcəyi təqdirdə ailə üzvlərinə divan tutacaqlarını deyiblər. Qruplaşmanın izinə Beltsa şəhərində yaşayan biznesmenin polisə şikayətindən sonra düşmək mümkün olub. Xüsusi təyinatlı polislər qruplaşmanı yaxalamaq üçün əməliyyat keçirib, onların evində silah, döyüş sursatı, habelə azərbaycanlı biznesmenlərin işgəncəyə məruz qaldığını əks etdirən videofayllar tapılıb. Banda üzvlərini 15 ilə qədər həbs gözləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26