Interposta.Info

Üç məhkumun həbsxanadan qaçış videosu ortaya çıxdı -

Ölkə
 28-07-2017, 23:06     10 468

ABŞ-ın Kaliforniya ştatında keçən il həbsxanadan qaçan üç məhkumun çəkdikləri qaçış videosu ortaya çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Hoseein Nayer, Conatan Tieu və Tien Duonq adlı məhkumlar keçən il Kaliforniyadakı "Orange County" həbsxanasından qaçıblar. Həbsxanadan qaçış görüntülərini kamerayla qeydə alan məhkumlar bununla kifayətlənməyib, qaçışdan sonrakı həyatlarını da kameraya çəkiblər. Qaçış videolarını '"Həbsdən necə qaçdıq?" başlığıyla sosial şəbəkədə paylaşan məhkumlar yenidən saxlanılıblar.

Məhkumlardan Duonq qaçışdan bir həftə sonra təslim olarkən, digər iki məhkum olaydan səkkiz gün sonra San Fransiskoda ələ keçiblər.

İstintaqdan sonra məhkumlara qaçmaqları üçün kömək etdikləri üzə çıxan bəzi həbsxana səlahiyyətliləri də həbs edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26