Interposta.Info

İlham Əliyev sərəncam imzaladı

Ölkə
 27-07-2017, 20:01     10 462

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Zati-aliləri cənab Pedro Pablo Kuçinskiyə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və firavanlıq arzulayıram", - təbrikdə qeyd edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26