Interposta.Info

İndoneziyada dəhşət:

Ölkə
 21-07-2017, 12:53     690

İndoneziyada dəhşətli hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, timsah hücum etdiyi insanın meyitini geri qaytarıb. Ağzında cansız meyit daşıyan timsah kameraların obyektivinə tuş gəlib. Yerli sakinlər hadisəni qara magiya ilə əlaqələndiriblər.

Syarifuddin adlı şəxs Berauda bir çayda dostları ilə üzərkən timsahın hücumuna məruz qalıb. Meyiti tapılmayan bəxtsiz Syarifuddinin yaxınları sehrbazlara müraciət ediblər. Sehrbaz qara magiya ovsunu ilə Syarifuddinin meyitini istəyib. Bundan sonra isə timsah ölmüş adamın meyitini sahilə gətirib.

Hadisənin səhərisi gün suda kişi meyiti daşıyan timsah nəzərə çarpıb. Tədqiqatlar nəticəsində meyitin Syarifuddinə məxsus olduğu üzə çıxıb. 5.2 metr uzunluğunda olan duzlu su timsahı meyiti sahilə qədər daşıyıb.

Qeyd edək ki, yerli xalqın inancına görə, suya çılpaq girən şəxs timsahın hücumuna məruz qalır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26