Interposta.Info

Xristian atadan DƏHŞƏTLİ CİNAYƏT: müsəlman oğlanı sevdiyi üçün qızını öldürdü

Ölkə
 19-07-2017, 19:42     1 473

İsraildə dəhşətli hadisə baş verib. Xristian dininə sitayiş edən ata müsəlman oğlanla evlənmək istəyən 17 yaşlı qızı Henritteni qətlə yetirib.
Publika.az xəbər verir ki, Sami Karra qızını ailə şərəfinə zərər verməsi ittihamı ilə öldürdüyünü deyib.
Henritte münasibətinə qarşı çıxan ailəsinin ona təzyiq göstərdiyinə görə polisə şikayət edib. Polis tərəfindən şikayətinə baxılmayan qız evinə geri qayıdıb və bir neçə saat sonra mətbəxdə boynundan bıçaqlanmış formada tapılıb.
Qızın ölümündə günahlandırılan ata polis bölməsinə aparılıb. Qızın anası isə ifadə verərkən onun atası tərəfindən öldürüldüyünü təsdiq edib.
Cinayətkar ata ifadəsində Henritteni öldürüdüyünü inkar edib. O bildirib ki, sadəcə qızının dinini dəyişdirməsindən qorxub. Buna görə də onun münasibətinə qarşı çıxıb.
Lakin Henritte evinə geri qayıtmamışdan qabaq dostlarına mesaj yazıb və ailəsinin onu öldürmək üçün axtardığını deyib. Polis bu mesajları və ananın ifadəsini dəlil kimi qəbul edib və Sami Karraya cinayət işi açılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26