Interposta.Info

Onların övladları yüksək bal topladı – FOTOLAR

Ölkə
 17-07-2017, 15:54     682

Bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış və universitetlərə qəbul olmuş abituriyentlər arasında tanınmışların da övladları var.

interposta.info BakuPost.az-a istinadən xəbər verir ki, onlarda biri aprel şəhidi, polkovnik Raquf Orucovun oğlu Aqşin Orucovdur. Jurnalist Aida Eyvazovanın verdiyi məlumata görə, A. Orucov daha yüksək bal toplamaq istəyirmiş. Lakin şəhid oğlu heç də aşağı hesab edilməyən 557 bal toplayaq, tələbə adını qazanıb.

Onların övladları yüksək bal topladı – FOTOLAR


Tanınmış iş adamı, Xəmsə restoranının sahibi Mürvət Həsənlinin qızı da yüksək bal toplayanlar arasındadır. Azərin Həsənli 695 balla ali məktəbə daxil olub.
Onların övladları yüksək bal topladı – FOTOLAR


Yüksək bal toplayanlar içərisində jurnalistlərin də övladları var.

Belə ki, tanımış jurnalist, ovqat.com saytının rəhbəri Heydər Oğuzun oğlu Nicat Həşimov iyulun 14-də keçirilən qəbul imtahanlarında 673 bal toplayıb.
Onların övladları yüksək bal topladı – FOTOLAR


Lider TV-nin Qarabağ üzrə müxbiri Habil Aslanoğlunun oğlu isə 523 bal toplayıb. Jurnalist “523 bal da bəsimizdir” şərhini verərək, övladının xoş xəbərini sosial şəbəkədə paylaşıb.

interposta.info
Onların övladları yüksək bal topladı – FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26