Interposta.Info

"Kameralar çəkirdi, məcbur kəsib atdım kanala" -

Ölkə
 15-07-2017, 20:53     1 482

Sumqayıtda yerləşən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin seyfindən 52319 ABŞ dolları, 2652 manat və 930 avro məbləğində pul oğurlanıb.

ARB 24 xəbər verir ki, keçirilən əməliyyat nəticəsində hadisəni törədənlər - əvvəllər məhkum olunmuş Qadir Əliyev, Rauf İbrahimov və Abşeron rayon sakini Amil Cavadov saxlanılıblar. Məlum olub ki, oğrular obyektə üzlərində maska, əllərində əlcəklə giriblər. Onlar şirkətin təhlükəsizlik kamerasını isə yaxınlıqdakı su kanalına atıblar. Lakin kameranın kartı onların yerinin müəyyən edilərək, tutulmasına səbəb olub.

Amil Cavadov (saxlanılan şəxs) : "Gəlib qəbiristanlıq tərəfdə maşını saxlamışam. İkisi zavoda gediblər. Hardasa yarım saat gözləmişəm. Qayıdıb gələndən sonra Sumqayıta getmişik. Pul bölünüb, dollar idi və xırda avrolar. Mənə 15 min dollar düşdü".

Rauf İbrahimov (saxlanılan şəxs) : "Gedib girmişik, seyfi kəsmişəm. 15 min pul düşdü mənə. Kameralar çəkirdi bizi. Məcbur olub seyfi kəsəndən sonra aparıb atdım kanala. Sonra dağılışdıq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26