Interposta.Info

19 il saxta diplomla çalışdı, ilin müəllimi seçildi, amma...

Ölkə
 9-07-2017, 13:03     2 738

19 il saxta diplomla müəllimlik edən qadın dövlətdən aldığı maaşları faizilə ödəyəcək.

"Qaynarinfo"nun məlumatına görə, məlum hadisə Türkiyənin Trabzon şəhərində qeydə alınıb. Özünü Ankara Universitetinin məzunu kimi təqdim etmiş Rukiye G.S. adlı qadının diplomunun saxta olduğu üzə çıxıb.

"Müəllimə" barəsində 4 il 12 ay müddətinə azadlıqdan məhrumedilmə cəzası istənilsə də, bu tələb qəbul edilməyib və onun 2005-2016-cı illər arasında dövlətdən aldığı əməkhaqqı araşdırılaraq məhkəməyə təqdim olunub. Belə ki, bu illər ərzində o, dövlətdən aldığı 330 min 578 lirəni (təxminən 166 min manat) faizi ilə geri ödəyəcək.

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyi tərəfindən 2005-ci ildə ilin müəllimi seçilən qadın 1 ildən sonra təqaüdə çıxacaqmış.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26