Interposta.Info

“İrəvan ordunu 15 km geri çəkməlidir,

Ölkə
 8-07-2017, 11:57     2 352

Həmsədrlər dəfələrlə deyiblər ki, təhlükəsizlik tədbirləri güclənməlidir və s. İndi onlar Ermənistana başa salmalıdırlar ki, öz qoşunlarını 15 km geri çəksinlər. Çünki biz tərəfdən o ərazilərdə əhali yaşayır, Alxanlı hadisələri də göstərdi ki, qurbanlar mülki vətəndaşlardır. Təmas xəttinin digər hissəsi isə etnik təmizləməyə məruz qalmış bomboş ərazilərdir.
interposta.info xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov son hadisələri dəyərləndirərkən Musavat.com-a müsahibəsində bildirib. Politoloq qeyd edib ki, əgər erməni tərəfi sülhməramlı mövqedən çıxış etdiyini göstərmək istəyirsə, o halda birtərəfli qaydada öz qoşunlarını 15 km arxaya çəkməlidir:

“Yalnız ondan sonra təhlükəsizlik bərpa oluna və sülh danışıqları davam edə bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26