Interposta.Info

Nazirdən polis rəislərinə göstəriş:

Ölkə
 8-07-2017, 07:37     1 587

Ərazi polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyatı baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar.

Bunu Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirilən geniş kollegiya iclasında deyib.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin yerinə yetirildiyini, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Kollegiya iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən, tapşırıq və tövsiyələrini verən nazir tələb edib ki, ərazi polis orqanlarının rəisləri əməliyyat-xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün təsirli tədbirlər görməli, aidiyyatı baş idarə və idarələr yerlərdə aparılan qabaqlayıcı işi, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini gücləndirməli, yerlərə idarəçilik təsirini və praktiki köməkliklərin effektivliyini artırmalıdırlar. Eyni zamanda, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi ciddi nəzarətdə saxlanılmalı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, yol hərəkətinə nəzarət tədbirləri gücləndirilməli, qabaqlayıcı işin səmərəliliyi daha da artırılmalı, cinayətə görə cəzanın labüdlüyü prinsipinin dönmədən həyata keçirilməsi üçün cinayətlərin açılmasının daha da yaxşılaşdırılması, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və digər istiqamətlərdə tədbirlər daha məqsədyönlü davam etdirilməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət hesabat dövründə qazanılmış uğurlardan arxayınlaşmayaraq, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, eləcə də ölkədə hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əmr və göstərişlərini bundan sonra da məsuliyyətlə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2017-ci ili də yüksək göstəricilərlə başa vuracaqdır./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26