Interposta.Info

Əqli qüsurlu qadını traktora bağlayıb sürüdülər, daşladılar —

Ölkə
 5-07-2017, 07:26     859

Hindistanda dəhşətli olay baş verib.

Ölkə.Az xəbər verir ki, Hindistanın Bengal bölgəsində əqli qüsurlu 42 yaşlı Otera Bibi adlı qadın hava almaq üçün gəzintiyə çıxıb. Elə bu zaman ətrafdakı insan topluluğu onu 10 yaşındakı uşağı qaçırmaq istəməsi iddiası ilə döyməyə başlayıblar.

Həmin insanlar onu ilk öncə traktora bağlayaraq sürüyüblər. Paltarları cırılan qadın daha sonra 3 saat çomaq və daşlarla döyülüb.

Polis və təcili yardım hadisə yerinə gəlsə də, qadın aldığı zərbələrdən hadisə yerindəcə keçinib. Polis həmin kütləni tək-tək sorğulasa da, heç kim həbs olunmayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26