Interposta.Info

Bakıda biabırçılıq:

Ölkə
 29-06-2017, 14:18     913

Bakının Nərimanov rayonunda, “Çermet” körpüsü deyilən ərazidə qadına zor tətbiq olunub.
Bu gün internetdə yayılan videodan da göründüyü kimi bir kişi qadını ağ rəngli “Lada VAZ 2115” markalı avtomobilə zorla otuzdurmağa çalışır. Hayqıraraq ətrafdakılardan kömək istəyən qadın bir müddət müqavimət göstərsə də, sonda kişi onu zorla maşına otuzdurur.
Yoldan keçən şahidlərin sözlərinə görə, xanım əvvəlcə avtomobildə olub. Onlar maşının içində mübahisə edib. Nəticədə xanım özünü avtomobildən çölə atıb. Sonra isə kişi xanımı zorla avtomobilə mindirib.
Məsələ ilə bağlı ərazinin tabe olduğu Nərimanov rayon Polis İdarəsinə müraciət etsək də, idarədə bu hadisə ilə bağlı hər hansı bir məlumat olmadığını bildirdilər.
Daha sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurum rəsmisi hadisə ilə bağlı hər hansı rəsmi fikir bildirmək üçün tez olduğunu, əvvəlcə məsələnin araşdırılacağını, daha sonra detallarla bağlı gün ərzində məlumat veriləcəyini bildirdi./publika.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26