Interposta.Info

Rusiyada iki azərbaycanlı həbsdən qaçıb – Təhlükə xəbərdarlığı

Ölkə
 28-06-2017, 21:23     1 361

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər.

Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan
Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26