Interposta.Info

I Vitse-prezidentdən şəhidin krediti məsələsinə reaksiya — BORC BAĞLANDI

Ölkə
 22-06-2017, 20:22     588

"Para" BOKT ASC Aprel şəhidi Xaliq Əzizzadəninin kredit borcunu bağlayıb.

interposta.info xəbər verir ki, "ölkə.az"-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib:

"Para" BOKT ASC- yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şəhid qardaşımız Xaliq bəyin ailəsinin banka borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin valideynlərinə verdilər. Eyni zamanda ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zəng edib şəhidimizin anasıyla danışdı və dedi ki, şəhid ailələri Mehriban xanımın xüsusi diqqətindədir. Ailənin qayğıları ilə maraqlanıb, hər zaman yanınızdayıq dedilər".

Qeyd edək "Para" BOKT ASC-nin təxminən 100 min manat kredit borcuna görə aprel şəhidini məhkəməyə verdiyi bildirilirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26