Interposta.Info

Keçmiş məhkum narkotikə görə yenidən həbs olundu -

Ölkə
 20-06-2017, 17:58     536

Balakən Polisi narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyatını keçirib.

ARB TV xəbər verir ki, narkotik tərkibli bitkiləri becərən keçmiş məhkum həbs olunub.

Balakənin Qazma kənd sakini 52 yaşlı Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən kultivasiya üsulu ilə əkilən və aqrotexniki qaydada qulluq edilən küllü miqdarda çətənə bitkisinin kolları aşkar edilib.

Həmçinin həyatyanı sahədən qurudulmaq üçün sərilmiş 17 kq 260 qram, yaşadığı evdənsə 36 qram qurudulmuş marixuana götürülüb.

Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib. Balakən rayon məhkəməsinin qərarı ilə Adil Şindiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Adil Şindiyev əvvəllər ölümə qəsd və narkotik tərkibli bitkiləri əkib becərməsinə görə, ümumilikdə 8 il 6 ay olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.

interposta.info bildirir ki, faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26