Interposta.Info

Trampa oxşamağa çalışan qayınata -

Ölkə
 19-06-2017, 21:08     725

Ötən həftəsonu ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya, 11 yaşlı oğlu Berron, qayınatası Viktor və qayınanası Amaliya Kvansla birgə ilk dəfə “Kemp Devid” rezidensiyasında istirahət ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Melaniya Tramp istirahət mərkəzində çəkdikdirdikləri ailəvi fotoları öz rəsmi tvitter hesabında paylaşaraq yazıb:

“Berron və Donald. Mən “Kemp Devid”dəki o möhtəşəm istirahətdən zövq aldım”.

Ailə dünən axşam rezidensiyadan Ağ evə qayıdıb.

Qeyd edək ki, Melaniyanın valideynləri də qızının ailəsi ilə birgə Ağ evə dönüb. Bu il iyunun 12-dən onlar Ağ evdə yaşayırlar.

İstirahət fotolarından göründüyü kimi Trampın qayınatasının geyim tərzi də medianın diqqətini çəkib. Əksər xarici jurnalistlər onun geyim üslubunu Trampdan götürdüyünü və özünü ona oxşatmağa çalışdığını bildiriblər.

Tramp və qayınatası Viktorun qırmızı qalstuk taxması belə bir təəssüratın formalaşmasında əsas rol oynayıb.

interposta.info
Trampa oxşamağa çalışan qayınata -
Trampa oxşamağa çalışan qayınata -
Trampa oxşamağa çalışan qayınata - Trampa oxşamağa çalışan qayınata -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26