Interposta.Info

Lənkəranski haqda inanılmaz fakt:

Ölkə
 12-06-2017, 17:12     1 747

Azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski haqqında ARB kanalında qısametrajlı sənədli film yayımlanıb.

interposta.info
baku.ws-ə istinadən xəbər verir ki, "qanuni oğru" haqqında çoxlarının bilmədiyi məlumatların açıqlandığı filmdə məxfi qovluqlardakı materiallardan istifadə olunub.

Milli Təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlu Lənkəranski haqqında şok detalları açıqlayıb: "Rövşən Lənkəranski çox yerdə İstanbul kralı kimi tanınırdı. İstanbul kralı deyəndə hamı bilirdi ki, kimdir. Çox sənədlərdə onun iş adamı olduğu qeyd edilir. Türkiyədəki məşhur "Zürafə" məhəlləsini dağıdanlardan biri Rövşən olub. "Zürafə" məhəlləsi əxlaqsız qadınların məskəni olub. Türkiyənin MİT-i bir neçə dəfə həmin məhəllədə əməliyyat keçirib. Həmin əməliyyatlardan birində Rövşən də iştirak edib. Amma o, MİT tərəfindən deyil, müstəqil şəkildə əməliyyata qatılıb. Oradan azərbaycanlı tələbə qızları çəkib çıxarıb. Bundan başqa, Lənkəranski Moskva ətrafında kimsəsiz uşaqlar üçün ev tikdirib və onlara pay göndərib".

Filmdə Lənkəranskinin Ded Xasanı öldürtməsindən, Türkiyədəki sui-qəsd hadisələrinə kimi bütün cinayətlər haqqında maraqlı məqamlar açıqlanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26