Interposta.Info

Natiq Əliyevin son müsahibəsi -

Ölkə
 10-06-2017, 18:11     695

Əgər XX əsr Azərbaycan üçün neft əsri olubsa, XXI əsr təbii qaz əsri olacaq.

interposta.info
Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu son müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirmişdi.

"Azərbaycan olaraq, neft diyarı olaraq, biz həmişə çalışırdıq ki, ölkəmiz bu sahədə qabaqcıl yerlərdə olsun və neft diyarı, neft mərkəzi kimi keçmiş şöhrətini özünə qaytarsın. Biz buna artıq nail olmuşuq. Azərbaycanın adı neft mərkəzi kimi bütün dünyada səslənir", - N.Əliyev deyib.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. O, İstanbulun “Florens Naytinqeyl” (Florence Nightingale) xəstəxanasında vəfat edib.

Natiq Əliyevin vəfatından bir neçə gün əvvəl Xəzər TV-yə verdiyi son müsahibəni təqdim edirik:


interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26