Interposta.Info

İmişlidə dəhşətli qəza ölümlə nəticələndi -

Ölkə
 6-06-2017, 20:25     548

İmişlidə yük və minik maşınlarının toqquşması bir nəfərin ölümünə səbəb olub.

ARB TV xəbər verir ki, ağır qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərasizindən keçən hissəsində qeydə alınıb.

İmişli istiqamətində hərəkətdə olan rayon sakini Vaqif Əbilovun idarə etdiyi “Mersedes” markalı minik maşını, təkəri partladığından yol kənarında dayanan İmişli sakini Vüqar Ağaşova məxsus “QAZ 53”-ə çırpılıb.

Hadisə zamanı sürücülər xəsarət almasa da, minik maşınının sərnişini, İmişli rayon sakini 59 yaşlı Vaqif Məmmədov dünyasını dəyişib. Avtomobildə sıxılıb qalan cəsəd FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26