Interposta.Info

Məhərrəm Əliyev nazir müavini təyin edildi -

Ölkə
 5-06-2017, 17:12     980

Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

Qeyd edək ki, M. Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

M.Əliyev 1951-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26