Interposta.Info

Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada

Ölkə
 1-06-2017, 11:39     1 732

Tele-aparıcı Hacı Nuran prezident ailəsi ilə fotolarını paylaşıb.

"Qaynarinfo" xəbər verir ki, Hacı Nuran prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyavalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevlə birlikdə fotolarını "Instagram"da yayıb. Fotoda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin övladları da var.

Hacı Nuranın paylaşıdığı şəkillər sosial şəbəkədə böyük marağa səbəb olub. Tele-aparıcı Leyla Əliyeva ilə bir paylaşdığı şəklin altına bunları yazıb: "Leyla Əliyevanın titulları çoxdur... O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir... Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan... Onun sayəsində neçə neçə insan həyatı xilas olub... Xeyirxah əməllərini saymaqla bitməz... Var olun".

interposta.info
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada
Prezidentin qızları və Mədət Quliyevin oğlu bir arada

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26