General Azərbaycandakı casuslardan danışdı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verib.
Report-un məlumatına görə, M.Quliyev bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib:
"Möhtərəm Prezidentimizin tapşırığı ilə bu tədbirlər keçirildi. Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir".
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26