Bakıda DYP maşını dəhşətli qəzaya düşdü -

Bakıda Dövlət Yol Polisi maşınının iştirakı ilə ağır Yol Nəqliyyat hadisəsi baş verib.
interposta.info baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Bakı Dəniz Vağzalı yaxınlığında baş verib.
Belə ki, qəfil sola manevr edən avtomobil iki DYP maşınının qarşısına çıxıb. Nəticədə DYP maşını toqquşmadan yayına bilməyib. Digər DYP avtomobili isə son anda qəzadan yan keçə bilib.
interposta.info xəbər verir ki, hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26