Interposta.Info

"Oğrudan oğruya halaldır"

Ölkə
 20-05-2017, 13:46     459

Şirvan sakini, əvvəllər məhkum olunmuş 20 yaşlı Coşqun İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

ARB TV xəbər verir ki, o, 11 may tarixində Şirvan şəhər sakininin evinə qanunsuz yolla, pəncərədən daxil olaraq, 750 manat dəyərində kompüter və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.

Coşqun dələduzluq yolu ilə əldə etdiklərini gizlədərkən, bu əməli onun 21 yaşlı tanışı Röyal Xələfov görüb. Röyal da öz növbəsində "oğrudan oğruya halaldır" prinsipi ilə , ikisi yeniyetmə olmaqla üç tanışı ilə əlbir olub, Coşqun İsmayılovun gizlətdiyi qızıl-zinət əşyalarını götürərək, “Lombard”-a satıb, əldə olunan pulu isə aralarında bölüblər.

interposta.info xəbər verir ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26